“Yandeks” vuruldu, Almaniyada “rus barmağı” ifşa oldu
Ukraynanın Rusiyanın “Yandeks” şirkətinə məxsus məlumat mərkəzlərinə endirdiyi zərbələrdən sonra sosial şəbəkələrdə bəzi siyasi qüvvə və hərəkatlara dəstək kəskin azalıb.
Axar.az xəbər verir ki, bunu polşalı jurnalist və politoloq Yaroslav Volski X səhifəsində yazıb.
“Sosial şəbəkələrdə rusiyayönümlü ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına dəstək 56% azalıb. Sosial şəbəkələrdə həm ukraynalıları hədəf alan “polşalı hesablar”, həm də polyaklara qarşı yönəlmiş “ukraynalı hesablar”ın da sayı azalıb. Həmçinin ABŞ Prezidenti Donald Trampla əlaqəli MAGA siyasi hərəkatına da dəstək zəifləyib”, - o bildirib.
Volski bunu ironik şəkildə rus təsirindən təmizlənmiş internetin möcüzələri adlandırıb.