Cəmiyyət
İrandan 124 kq narkotik keçirmək istədilər - Foto
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kiloqram 965 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 11-də dövlət 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə
axar.az