İdman

“Real”ın oyunu azərbaycanlı referiyə tapşırıldı

13 Oct 2026, 12:20 2 baxış
“Real”ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.


AFFA-dan Axar.az-a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.


Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.


Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər