İdman

"Qarabağ" Avropa çempionunu transfer edir? - Foto

13 Oct 2026, 12:46 3 baxış
"Qarabağ" Avropa çempionunu transfer edir? - Foto
Portuqaliyalı futbolçu Renato Sançesin "Qarabağ"a keçəcəyi ilə bağlı məlumatlar səngimək bilmir. Oxu.Az xəbər verir ki, dünya mediasında futbolçunun Azərbaycan təmsilçisinə keçməyə hazır olduğu və klubun ona illik 450 min avro maaş təklif etdiyi iddia olunub. Lakin "Qarabağ"ın mətbuat xidməti yayılan xəbərləri təkzib edib: "Renato Sançesin transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Hər hansı rəsmi yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə klubun rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək". Qeyd edək ki, Renato Sançes 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub.
"Qarabağ" Avropa çempionunu transfer edir? - Foto "Qarabağ" Avropa çempionunu transfer edir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər