Cəmiyyət

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

13 Oct 2026, 12:30 4 baxış
Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Azərbaycan məktəblərində uşaqların hicab taxmasını qadağan edib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.


Eks-prezident qeyd edib ki, bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsi və radikal dindarlığın təsirinin qarşısını almaq üçün atılan çox mühüm və cəsarətli addımdır.


Mixail Saakaşvili İranın Boraçlıda yaşayan azərbaycanlılara yönəlik fəaliyyətlərinə də diqqət çəkib:


“Artıq Azərbaycana təsir göstərə bilməyən İran fəal şəkildə Gürcüstanda yaşayan azərbaycanlıların dini baxımdan radikallaşdırılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı radikallar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər”.

Mənbə axar.az

Oxşar Xəbərlər