Cəmiyyət
"Qadağanedici nişan var, amma hamı maşın saxlayır" - Sakinlərdən şikayət - Video
Bakı şəhəri, Mərdanov qardaşları küçəsində qadağanedici yol nişanı olmasına baxmayaraq sürücülərin avtomobillərini saxlaması sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən sakinlər məlumat veriblər. Onların sözlərinə görə, sözügedən küçədə Zabitlər parkına qədər olan ərazidə ciddi nəqliyyat problemi yaranıb: "Yol kənarında dayanmağın qadağan olunmasını bildirən nişan olsa da, avtomobillər mütəmadi olaraq həmin ərazidə saxlanılır. Xüsusilə mikroavtobuslar vəziyyəti daha da çətinləşdirir. Nəticədə, ərazidə yaşayan sakinlərin giriş-çıxışı ciddi şəkildə çətinləşir. Bəzi hallarda, hətta təcili tibbi yardım avtomobilinin belə keçə bilmədiyi vəziyyətlər olub. Bu isə insanların həyatı və təhlükəsizliyi üçün ciddi risk yaradır. Problemlə bağlı aidiyyəti üzrə müraciət etmişik, lakin məsələ tam olaraq həllini tapmayıb. Xüsusilə saat 12:00-dan 13:30-dək və 15:30-dan 17:00-dək əraziyə giriş-çıxış, demək olar ki, mümkün olmur".
Mənbə
oxu.az