Kriminal
Lənkəranda qadın və azyaşlı oğlu bıçaqlandılar: Əri saxlanıldı
Lənkəran şəhərində bıçaqlanma hadisəsi olub. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində baş verib. Lənkəran rayonunun Xanbulan kənd sakini 1992-ci il təvəllüdlü Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəni və 3 yaşlı körpəsini bıçaqlayıb. Ana və azyaşlı körpəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı A.Ağazadə saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Mənbə
oxu.az