Digər
Qazaxıstandan vətəndaşlarına: Bu ölkəyə səfərləri təxirə salın!
Qazaxıstan Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksək riskli obyektlərdən uzaq durmaq tövsiyə olunur.
XİN, həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görür.
Mənbə
axar.az