Dünya

Astrofizik paralel kainata düşməyin mümkünlüyündən danışıb

12 Oct 2026, 06:32 4 baxış
Astrofizik paralel kainata düşməyin mümkünlüyündən danışıb
"Köstəbək dəlikləri" digər kainatlara keçmək imkanı verə bilər". Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı astrofizik Anatoli Çerepaşçuk "Nauka 0+" beynəlxalq festivalında danışıb. Astrofizik xatırladıb ki, Rusiyanın gələcək kosmik təcrübələri "köstəbək dəlikləri"nin axtarışına yönəlib. O, yaxın 50 il ərzində müşahidələr vasitəsilə belə obyektlərin aşkar edilə biləcəyini istisna etməyib. "Başqa kainata - sadəcə məkanda deyil, fəza-zamanda yerləşən kainata - düşmək üçün işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək lazımdır. Fizika qanunları bunu qadağan edir. Nəzəriyyə belə deyir", - deyə Çerepaşçuk mühazirəsi zamanı bildirib. O, bu üsulla bizim kainatda da səyahət etməyin mümkün ola biləcəyini qeyd edib. Tədqiqatçı həmçinin bildirib ki, bizim kainatda müşahidə olunan qara dəliklər başqa kainatda "tərsinə çevrilmiş qara dəliklər" kimi görünə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər