Digər
Rusiya İrana 135 mütəxəssis göndərdi
"Rosatom" şirkəti İrandakı Buşehr AES-dəki işçilərinin sayını 135 nəfərə çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə dövlət şirkətinin baş direktoru Aleksey Lixaçev deyib.
Lixaçevin sözlərinə görə, dünən əraziyə daha doqquz mütəxəssis gəlib. Onlar fəaliyyətdə olan 1 saylı blokun planlaşdırılmış profilaktik təmirində iştirak edəcəklər.
“Rosatom” işçiləri stansiyanın hər üç obyektində - fəaliyyətdə olan bir və tikilməkdə olan iki enerji blokunda çalışırlar.
Mənbə
axar.az