Digər

Zelenski Trampa cavab verdi: Hazırıq, amma Putin istəmir

11 Oct 2026, 14:37 2 baxış
Zelenski Trampa cavab verdi: Hazırıq, amma Putin istəmir

Avropadakı müharibənin əsl səbəbkarı Rusiyadır. Energetika sektoruna endirilən zərbələri məhz indi dayandırmaq tamamilə mümkündür, lakin Putin bunu etmək istəmir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


“Rusiya bizim enerji infrastrukturumuza hücumları dayandıracağı təqdirdə, Ukrayna da Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır. Gərginliyin azaldılmasına yönəlmiş istənilən tədbir qarşılıqlı xarakter daşımalı və real təminatlarla dəstəklənməlidir”, - Zelenski bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasını tələb edib.

Mənbə axar.az

Oxşar Xəbərlər