Digər

Zelenskiyə dedik ki, bunu etmə, o isə... - Tramp

10 Oct 2026, 22:24 3 baxış
Zelenskiyə dedik ki, bunu etmə, o isə... - Tramp

Biz Zelenskiyə dedik ki, Rusiyaya qarşı istədiyini edə bilərsən, amma neft emalı zavodlarını vurma, çünki bu, bütün dünya üçün problemdir. Bəs o nə edir? Gedib dizel yanacağına zərbə endirir.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


Tramp bildirib ki, o, buna mütləq son qoymalıdır.


Qeyd edək ki, daha öncə də ABŞ-ın Ukraynadan Rusiyanın neft zavodlarını vurmamasını tələb etdiyinə dair məlumat yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər