Cəmiyyət
Bakıda avtobus dayanacağında izdiham: Sərnişinlər sıxlıqdan minə bilmirlər - Video
114B nömrəli marşrut avtobusunun dayanacağa gec gəlməsi və yaranan sıxlıq sərnişinlərin narazılığına səbəb olub. Bununla bağlı görüntülər Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Şikayətdə qeyd olunur ki, sıxlıq səbəbindən insanlar nəqliyyat vasitəsinə minməkdə çətinlik çəkirlər. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə
oxu.az