Kriminal
Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı
Samux rayonunda 40 yaşlı kişi bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kolayr kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, 1992-ci il təvəllüdlü Nəsib Qasımov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az