Kriminal
Zaqatalada qəza: Avtomobil dirəyə çırpıldı
Zaqatalada avtomobil dirəyə çırpılıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qazangül qəsəbəsi ərazisində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Faiq Mahmudov VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə, maşını dirəyə çırpıb. Sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az