Cəmiyyət
Beynəlxalq səyyahlar Gəncəsər monastırını ziyarət etdilər
Çarlz Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.
Axar.az xəbər verir ki, səfər zamanı qonaqlara monastırın tarixi, memarlıq xüsusiyyətləri və bölgənin zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib. Beynəlxalq səyyahlara, həmçinin ermənilər tərəfindən monastırın tarixi və mədəni kimliyinin dəyişdirilməsinə, onun mənşəyinin təhrif olunmasına yönəlmiş müdaxilələr barədə məlumat verilib.
Bildirilib ki, abidələrin qorunması, onların ilkin görkəminin və tarixi kimliyinin saxtalaşdırılmadan gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Mənbə
axar.az