Digər
Ağ Şəhərdə yeni mənzil axtaranlara: "DELUXE Residence"də erkən satışlar başladı
Ağ Şəhərdə mənzil axtaranlar üçün yeni seçim təqdim olunur. "DELUXE Residence" Ağ Şəhər layihəsində erkən satış mərhələsinə start verilib. 130 mənzildən ibarət layihədə 105 kvadratmetrdən 1024 kvadratmetrədək iki, üç və dördotaqlı, eləcə də terraslı mənzillər nəzərdə tutulub. Mənzillərin 3.65 metr tavan hündürlüyü və döşəmədən tavana panoramik pəncərələri interyerdə genişlik və təbii işıq hissini ön plana çıxaracaq. "Club House" konsepsiyası ilə inşa ediləcək layihə mənzilin sərhədlərindən kənarda da davam edir. Sakinlərə özəl uşaq oyun zonaları, kinoteatr, fitnes, terrasda pilates və yoqa zonası, qonaq otağı, konsyerj xidməti, mərkəzləşdirilmiş "Ağıllı Bina" sistemi və üçmərtəbəli qapalı parkinq sakinlərin gündəlik istifadəsi üçün nəzərdə tutulub. Satışın erkən mərhələsində alıcılar 30% ilkin ödəniş və 36 ayadək faizsiz daxili kredit imkanından yararlana bilərlər. Layihədə mənzil seçmək, planlarla tanış olmaq və aktual qiymətləri öyrənmək üçün: +994 50 239 63 63 / *6363 www.deluxeresidence.az
Mənbə
oxu.az