Siyasət
Hikmət Babaoğlu: "Türkmənistanın Avropaya çıxışında Azərbaycan mühüm rol oynaya bilər"
"Türkmənistan-Azərbaycan münasibətləri dərin tarixi köklərə, ortaq etnik kökə, dil ənənələrinə əsaslanan təbii müttəfiqlik və qardaşlıq münasibətləridir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında iqtisadi, humanitar və nəqliyyat sahələrində əməkdaşlıq, eləcə də Trans-Xəzər marşrutunun yaratdığı imkanlar barədə danışarkən bildirib. O qeyd edib ki, 2017-ci ildə Türkmənistanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ilə iki ölkə arasındakı tarixi münasibətlər real hüquqi müstəviyə keçirilib:
"Son illərdə isə iki dost və qardaş ölkə arasında həm iqtisadi sahədə, həm kommunikasiya və yükdaşımalar sahəsində münasibətlər daha da intensivləşib, daha dinamik xarakter alıb. Hazırkı mərhələdə Azərbaycanın yaratdığı yeni reallıqlar və Trans-Xəzər marşrutu ideyasının ortaya çıxması ilə Türkmənistan-Azərbaycan münasibətləri həm də yeni, daha dinamik və daha böyük potensiala malik imkanlar əldə edib". Deputat vurğulayıb ki, Azərbaycan və Türkmənistan prezidentləri, eyni zamanda Türkmənistanın milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında xüsusi münasibətlər mövcuddur: "Qardaş ölkənin milli lideri işğaldan azad olunmuş ərazilərimizdə məktəb inşa etdirib. Azərbaycan daim Türkmənistanda humanitar və mədəni layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Hətta 2026-cı ilin yay aylarında Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycanda da bundan əvvəl Türkmənistanın Mədəniyyəti Günləri keçirilib". H.Babaoğlu bildirib ki, iki ölkə arasındakı münasibətlər mədəni-humanitar, sosial və iqtisadi sahələrdə getdikcə daha da inkişaf edir: "Ona görə də bu münasibətlər həm mədəni-humanitar, həm sosial sahədə, həm də iqtisadi sahədə getdikcə daha müvəffəqiyyətli xarakter kəsb etməyə başlayıb. İki ölkə arasında parlamentlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar keçirməklə əlaqələrimizin daha da dərinləşməsi üçün mümkün ideyaları layihəyə çevirərək həyata keçirir". Deputat qeyd edib ki, Türkmənistanla Azərbaycan arasında yükdaşımaların həcmi artıq 2.5 milyon ton göstəricisini ötüb: "2025-ci ildə bu, özlüyündə mühüm iqtisadi göstəricidir. Amma bu, iki ölkə arasında iqtisadi tərəfdaşlığın tam potensialı demək deyil. Qarşıdakı mərhələdə Türkmənistanın Azərbaycan üzərindən Avropaya və Türkiyəyə çıxması üçün də yeni imkanlar yaranıb. Bu məsələlər həm qardaş ölkə, həm də Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir". H.Babaoğlu vurğulayıb ki, Türkmənistan və Azərbaycanın əməkdaşlığı müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə dərinləşir: "Buraya Orta Asiya Məşvərət Şurası, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar daxildir. İki ölkə bu təşkilatlarda daim ortaq mövqedən, ortaq maraqdan çıxış edərək ümumi münasibətlərimiz, xalqlarımızın ümumi rifahı üçün müxtəlif qərarlar qəbul edir". Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri zamanı iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə yüksəlməsi gözlənilir: "Türkmənistan həm də bizim Xəzəryanı ölkələrlə olan əlaqələrimizdə mühüm qonşu ölkədir. Xəzər dənizində bəzi mərkəzlərin yaratdığı akvatoriya və yataqların mənimsənilməsi ilə bağlı fikir ayrılıqlarına Türkmənistan və Azərbaycan qardaşcasına son qoymağı bacarıblar. Bu da münasibətlərimizin tamamilə yeni keyfiyyət mərhələsinə gəlib çıxmasına səbəb olub".

Mənbə
oxu.az
Oxşar Xəbərlər