İdman
Məktub yazdı, göz yaşı tökdü: Messinin millidə qalmasına səbəb olan uşaq kim idi?
Lionel Messinin milli karyerasını bitirdiyi vida matçından sonra komanda yoldaşları göz yaşlarına boğulublar. Lakin onların arasında xüsusi diqqət çəkən Enzo Fernandes oldu. Oxu.Az xəbər verir ki, futbolçunun Messiyə qarşı xüsusi sevgisi və heyranlığı hələ uşaqlıq dövrünə təsadüf edib. Bununla bağlı futbolçunun özünün də dəfələrlə açıqlamaları olub. Enzo Fernandesin vida matçından sonra tökdüyü gözyaşları Lionel Messinin onunla bağlı söylədiyi fikirləri də yada salıb: "2016-cı ildə milli komandadan ayrıldığımı elan etdikdən sonra komandamızdakı bir uşaq mənə məktub yazaraq daha bir neçə il qalmağımı istədi. Mənimlə birlikdə meydanda oynamağın onun üçün böyük qürur olacağını söylədi. Onun sözləri mənə çox təsir etdi və qərarımı dəyişdim. 4 il sonra isə həmin uşaqla birlikdə Kopa Amerika və dünya kubokunu qazandım. Həmin uşaq Enzo Fernández idi".
Mənbə
oxu.az