İdman

Keniyada futbol matçı zamanı insident: Qəzəbli azarkeşlər futbol hakiminə hücum edərək onu meydandan qovdular - Video

08 Oct 2026, 11:44 3 baxış
Keniyada futbol matçı zamanı insident: Qəzəbli azarkeşlər futbol hakiminə hücum edərək onu meydandan qovdular - Video
Keniyanın Nayrobi şəhərində "Kariobanqi Şarks" və "Mombasa Yunayted" komandaları arasında keçirilən vacib yerli futbol matçı zamanı insident yaşanıb. Bu barədə Oxu.Az "TRT Africa" "Instagram" səhifəsinə istinadən məlumat verir.

Məlumata görə, qəzəbli azarkeşlər futbol hakiminə hücum edərək, onu stadiondan qovublar. Qeyd edilir ki, "Kariobanqi Şarks" 2:1 hesabı ilə öndə olarkən, hakim Con Sulve "Mombasa Yunayted"in xeyrinə mübahisəli penalti təyin edib və bu da xaosa səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər