İdman

Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib

08 Oct 2026, 10:43 1 baxış
Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib
Bu gün Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib. Oxu.Az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 5 ölkədən 97 atlet qatılıb. Birinci mərhələdə atletlər Qəbələ şəhərindən start götürərək Ağdaşa qədər 52.5 km məsafə qət edəcəklər. Xatırladaq ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52.5 km), Ağdaş-Bərdə (63.5 km), Bərdə-Ağdam (46.8 km) və Ağdam-Xankəndi (29.2 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcəklər, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər