İdman

Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı

07 Oct 2026, 19:22 2 baxış
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb. Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Z.Tçkayev gümüş medal qazanıb. Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər