Kriminal

Astarada maşın dərəyə aşdı: Ölən var

06 Oct 2026, 10:39 31 baxış
Astarada maşın dərəyə aşdı: Ölən var
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb. Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazisində VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər