Kriminal

Qaxda 17 yaşlı gəncin faciəli ölümünə səbəb olan qəzanın anbaan görüntüsü - Video

06 Oct 2026, 09:53 46 baxış
Qaxda 17 yaşlı gəncin faciəli ölümünə səbəb olan qəzanın anbaan görüntüsü - Video
Sürücülük hüququ olmadan avtomobil idarə edən gəncin sürət həddini aşması digər gəncin həyatına son qoyub. Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, bu gün saat 02:45-də Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 6-da gecə saat iki radələrində qeydə alınıb. Rayon sakini Kamran Məmmədovun "Opel" markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.
Qaxda 17 yaşlı gəncin faciəli ölümünə səbəb olan qəzanın anbaan görüntüsü - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər