İdman
Corcina Rodriqes Portuqaliya millisinin baş məşqçisini tənqid etdiyi paylaşımını sildi
Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriqes sosial şəbəkədə Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuşu tənqid etdiyi paylaşımını silib. Oxu.Az bu barədə "A Bola" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Rodriqes paylaşımında "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyusona aid olduğu bildirilən saxta sitata istinad edib. O, həmin sitata şərh yazaraq Portuqaliya millisinin baş məşqçisini sərt tənqid edib: "Bu adamın necə İsa (Jorji Jezuş) adını daşıya bildiyini anlamıram". Rodriqes bu fikirlərini paylaşdıqdan qısa müddət sonra paylaşımını silib. Qeyd edək ki, Kriştianu Ronaldu UEFA Millətlər Liqasının III turu çərçivəsində Danimarka ilə keçirilən oyundan (3:2) əvvəl milli komandanın düşərgəsini tərk edib.
Mənbə
oxu.az