Digər

Belarusla ticarət dövriyyəsi 70 milyard dollar olacaq

02 Oct 2026, 17:58 2 baxış
Belarusla ticarət dövriyyəsi 70 milyard dollar olacaq

Rusiya və Belarus arasında ticarət dövriyyəsinin həcmi 2026-cı ildə 70 milyard dolları keçə bilər.


Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.


“İttifaq Dövlətinin Nazirlər Şurasının iclasında ticarət əlaqələrinin gücləndirilməsi məsələsinə toxunmaya bilməzdik. Prinsipcə, bizim hesablamalarımıza görə, məzənnə uyğun olarsa, Rusiya ilə Belarus arasında mal və xidmət dövriyyəsi 70 milyard dolları keçəcək. Bu, qarşılıqlı ticarət üçün kifayət qədər böyük rəqəmdir. Müqayisə üçün deyə bilərəm ki, Çinlə ticarət dövriyyəmiz təxminən 240 milyard dollardır, Belarusla isə bu il təxminən 70 milyard dollar olacaq. Bu, həm də inteqrasiya əlaqələrinin dərinliyindən xəbər verir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər