Digər
1682-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1682-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 250 151 PUA-sı, 672 zenit-raket kompleksi, 31 096 tank və digər zirehli texnikası, 1 784 reaktiv yaylım atəş sistemi, 36 607 artilleriya və minaatanı, 73 407 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az