Cəmiyyət

Qanunsuz ağac kəsimi: 47 min manatlıq ziyan...

02 Oct 2026, 18:15 3 baxış
Qanunsuz ağac kəsimi: 47 min manatlıq ziyan...

Salyan və Saatlıda qanunsuz ağac kəsiminə görə yaşıllıqlara 47 540 manat ziyan dəyib


Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.


Bildirilib ki, araşdırma zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər