İqtisadiyyat

SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı

01 Oct 2026, 17:18 1 baxış
SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı
Belqradda SOCAR, Serbiyanın dövlət enerji müəssisəsi "Serbiya Elektrosənayesi" (EPS) və "Srbijagas" şirkəti arasında Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, sənədi SOCAR prezidentinin müşaviri, "SOCAR Türkiye"nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və "Srbijagas"ın baş direktoru Duşan Bayatoviç imzalayıblar. 500 MVt gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis edilməsini nəzərdə tutan sənədə əsasən, burada Serbiya iştirakçılarının payı 50%, Azərbaycan tərəfinin payı isə 50% təşkil edəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin maliyyələşdirilməsi şərtlərini təsbit edir. Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç, SOCAR prezidentinin müşaviri Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç, "Srbijagas"ın baş direktoru Duşan Bayatoviç çıxış ediblər. Çıxışlarda bu cür layihələrin Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələrinə əsaslandığı qeyd olunub. Layihənin Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.
{{gallery}}
SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş imzalandı
Mənbə oxu.az

Oxşar Xəbərlər