İdman

Maykl Cordanın forması hərracda rekord qiymətə satıldı

01 Oct 2026, 16:04 2 baxış
Maykl Cordanın forması hərracda rekord qiymətə satıldı
Milli Basketbol Assosiasiyasının (NBA) 1998-ci il finalının üçüncü oyununda "Çikaqo Bulls"un heyətində çıxış edən əfsanəvi basketbolçu Maykl Cordanın forması hərracda 12.26 milyon dollara satılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi "X" sosial şəbəkəsində məlumat yayıb. Bu, NBA-nın oyun formaları tarixində mütləq rekord məbləğdir. Bundan əvvəlki rekord da məhz Cordana məxsus olub: 2022-ci ildə "Sotheby's" hərracında eyni finalın ilk oyununda geyinilmiş formaya 10.1 milyon dollar ödənilmişdi. Qeyd edək ki, Maykl Cordan "Çikaqo Bulls"un tərkibində altıqat NBA çempionu və ikiqat Olimpiya çempionudur. O, beş dəfə NBA müntəzəm çempionatının, altı dəfə isə pley-off finalının ən dəyərli oyunçusu seçilib. Basketbolun Şöhrət Zalının üzvü olan Cordan liqa tarixinin ən məhsuldar oyunçularından biri sayılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər