Digər

Rihannaya atəş açan qadını ömürlük həbs gözləyir

01 Oct 2026, 16:24 1 baxış
Rihannaya atəş açan qadını ömürlük həbs gözləyir

Məşhur müğənni Rihannanın Beverli-Hillzdəki malikanəsinə atəş açmaqda ittiham olunan floridalı qadına qarşı rəsmi ittiham irəli sürülüb.


Axar.az xəbər verir ki, bu barədə “Radar Online” nəşri məlumat yayıb.


Məlumata görə, 36 yaşlı İvanna Lizet Ortis adlı qadın qətlə cəhd, silahla 10 epizod üzrə hücum və yaşayış məntəqəsinə atəş açmaqda ittiham edilir.


Prokurorluğun məlumatına görə, martın 8-də günorta saatlarında Ortiz Rihannanın Cənubi Kaliforniyadakı evinə yaxınlaşaraq, hücum silahından istifadə etməklə yaşayış məntəqəsinə bir neçə dəfə atəş açıb.


Həmin vaxt Rihanna 37 yaşlı reper sevgilisi, üç övladı və başqa bir neçə nəfərlə məkanda olub. Hücum nəticəsində xəsarət alan olmayıb.


Qadın özünü təqsirli bilməyib.


Növbəti məhkəmə prosesi oktyabrın 29-na təyin olunub.


Məlumata görə, ittihamlar təsdiqini tapsa, qadını ömürlük həbs cəzası gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər