Digər

Netanyahunun ofisindən “Flydubai” ilə bağlı təcili açıqlama

30 Sep 2026, 12:39 3 baxış
Netanyahunun ofisindən “Flydubai” ilə bağlı təcili açıqlama

Dubaydan Təl-Əvivə uçan və məcburi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilən “Flydubai” reysi ilə bağlı vəziyyət nəzarət altındadır.


Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.


“Hadisə nəzarət altına alınıb və hazırda İsrail sərnişinlərinin İsrailə təhlükəsiz qayıtmasını təmin etmək üçün bütün tədbirlər görülür”, – məlumatda deyilib.


Qeyd edək ki, səhər saatlarında “Flydubai” aviaşirkətinə məxsus təyyarə 7700 fövqəladə siqnalı, daha sonra isə mümkün qaçırılma halında istifadə olunan 7500 kodlu siqnalı göndərib. Ekipajla əlaqə kəsilsə də, bir neçə dəqiqə sonra bərpa olunub. Təyyarə Təl-Əvivə yaxınlaşarkən qəfildən kursunu dəyişərək Səudiyyə Ərəbistanına eniş üçün yönləndirilib və Bakı vaxtı ilə saat 11:00 radələrində yerə enib. Təyyarəni əvvəlcə İsrail, daha sonra isə Səudiyyə Ərəbistanı qırıcıları müşayiət edib.


Məlumata görə, uçuş zamanı təyyarənin pilotları arasında mübahisə yaranıb və bu mübahisə davaya çevrilib. Nəticədə 7700 fövqəladə siqnalı aktivləşdirilib. Pilotlardan birinin rus, digərinin isə ukraynalı olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər