Digər

İranda iki nəfər edam edildi

30 Sep 2026, 11:32 2 baxış
İranda iki nəfər edam edildi

Məşhəddə yanvar qiyamlarında iştirakda ittiham olunan Əli Himməti Sistani və Məcid Nikandeş edam edilib.


Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.


Məlumata görə, edam hökmləri Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub. İttihama görə, Məşhəddə yanvar etirazları zamanı iştirakçılar mağazaları, bankı və avtobusu yandırıb, küçələri bağlayıb, təhlükəsizlik qüvvələrinə hücum ediblər.


Məhkəmə iddia edir ki, Himməti və Nikandeş “Bəsic”in iki üzvünə bıçaqla hücum etdiklərini, həmçinin mağazanı yandırıb talan etdiklərini etiraf ediblər. Hər iki şəxs vəkillərin iştirakı ilə keçirilən məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilib.


Ali Məhkəmə hökmləri qüvvədə saxlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər