Digər

Avropada yeni "dəmir pərdə" istəmirik - Blanar

30 Sep 2026, 09:19 3 baxış
Avropada yeni "dəmir pərdə" istəmirik - Blanar

Slovakiya Avropada yeni "dəmir pərdə" istəmir.


Axar.az xəbər verir ki, bunu Slovakiya xarici işlər naziri Yuray Blanar deyib.


"Biz burada - Avropa və Rusiya arasında başqa bir "dəmir pərdə"nin çəkilməsini istəmirik. Rusiya burada qalacaq. Biz dinc danışıqlara, sülhə - nə qədər tez çatsaq, bir o qədər yaxşıdır.


İnanırıq ki, bu münaqişənin (Ukrayna) hərbi həlli yoxdur. Onun dörd il yarım davam etməsi və cəbhə xəttindəki hazırkı vəziyyət haqlı olduğumuzu təsdiqləyir. Münaqişənin həllinə yönəlmiş bütün sülh təşəbbüslərini dəstəkləyirik. Eyni zamanda, beynəlxalq hüquqa riayət etmək bizim üçün əsasdır", - Blanar bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər