Cəmiyyət

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

29 Sep 2026, 21:16 3 baxış
Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
Təmir-bərpa işləri ilə əlaqədar paytaxtın Binəqədin rayonu, 7-ci mikrorayonda yaşayan sakinlərin "Dərnəgül" metro stansiyasına rahat gediş-gəlişinin təmin olunması üçün əlavə avtobuslar ayrılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb. Qeyd olunub ki, 3 nömrəli müntəzəm marşrut xəttindən ayrılacaq avtobuslar Abay Kunanbayev küçəsindən ("7-ci mikrorayon") "Dərnəgül" metro stansiyasına qədər hərəkət edəcək. Sərnişinlər həmin marşrut üzrə avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər