Mədəniyyət

Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA

29 Sep 2026, 18:48 7 baxış
Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artisti açıqlamasında bir neçə xəstəliklə mübarizə apardığını deyib: "Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaqlar. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür". Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər