Dünya

Rusiya və Ermənistan AES-in istismar müddətinin uzadılmasını müzakirə ediblər

29 Sep 2026, 16:28 1 baxış
Rusiya və Ermənistan AES-in istismar müddətinin uzadılmasını müzakirə ediblər
Rusiya Federasiyasının "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov Ermənistanın baş naziri Nikol Paşinyan və vitse-premyer Mger Qriqoryanla işgüzar görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Rosatom" dövlət korporasiyasının mətbuat xidməti yayıb. Tərəflər Ermənistan atom elektrik stansiyasının (AES) istismar müddətinin 2036-cı ilə qədər yenidən uzadılması məsələsini müzakirə ediblər. Aleksey Lixaçov layihənin ilk mərhələsinin başa çatdığı barədə həmsöhbətlərinə məlumat verib və bu nəticələrə əsasən, AES-in enerji blokunun gələcək fəaliyyəti üçün icazə aldığını bildirib. Məlumatda vurğulanır ki, Ermənistanda yeni atom generasiyasının yaradılması perspektivlərinə xüsusi diqqət ayrılıb. "Rosatom" Ermənistana müxtəlif güc diapazonlarında, o cümlədən böyük, orta və kiçikgüclü enerji blokları daxil olmaqla, sınaqdan keçirilmiş atom texnologiyaları təklif edir", - deyə dövlət korporasiyasının bəyanatında qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər