Digər
Netanyahu BƏƏ prezidentindən bunu istəyib
İsrail Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüş zamanı ondan BƏƏ-nin İsraili 7 oktyabr 2023-cü il hücumları barədə xəbərdar etməsi ilə bağlı iddiaları təkzib etməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə AP mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu mövzu görüşdə müzakirə olunan əsas məsələlərdən biri olub.
Lakin nəşrin mənbələri İsrail baş naziri ilə BƏƏ prezidenti arasında hansı razılaşmaların əldə edildiyini açıqlamayıb.
Mənbə
axar.az