Mədəniyyət
Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - AFİŞA - FOTO
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Oxu.Az sentyabrın 28-dən oktyabrın 4-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Oktyabrın 1-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Biletlərin qiyməti 10-20 manatdır.
Oktyabrın 2-də saat 19:00-da "Qətibə İnanc" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti: 8-15 manat.
Oktyabrın 3-də saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 10-20 manatdır.
Oktyabrın 4-də saat 19:00-da Fyodor Dostoyevskinin "Dayının yuxusu" tamaşası olacaq. Quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı: Oktyabrın 3-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Oktyabrın 4-də saat 19:00-da Pyer Bomarşenin "Fiqaronun toyu" tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Biletlərin qiyməti 8-12 manatdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında: Sentyabrın 29-da saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Biletlərin qiyməti: 8-15 manat.
Oktyabrın 3-4-də saat 19:00-da "Şahmaran" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova Biletlərin qiyməti: 10-20 manat.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Sentyabrın 30-da saat 19:00-da "Asılqan" tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir. Biletlərin qiyməti 10-15 manatdır.
Beynəlxalq Muğam Mərkəzində: Sentyabrın 28-də saat 19:00-da "Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı" keçiriləcək. Biletlərin qiyməti: 10-20 manat.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında: Sentyabrın 30-da saat 19:00-da "Səməd Vurğun 120 - Musiqili poeziya gecəsi" baş tutacaq. Biletlərin qiyməti: 10-30 manat.

Mənbə
oxu.az