Cəmiyyət
30-40 ildir istifadə etdikləri kanal kol-kos içində: Kənd sakinləri ÇARƏSİZ QALIBLAR - VİDEO
Biləsuvarın Xırmandalı kənd sakinləri suvarma kanalının baxımsız vəziyyətdə olmasından narazıdırlar. Oxu.Az xəbər verir ki, onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, uzunluğu təxminən 300 metr olan kanalın 100 metrə yaxın hissəsini kol-kos basıb.
Nəticədə, əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. "Kanalı təmizləyən yoxdur. Biz 30-40 ildir ki, bu kanalın suyundan istifadə edirik. İndi isə kanal tutulduğu üçün su axını dayanıb", - kənd sakinlərindən biri söyləyib. Digər bir sakin isə məsələ ilə bağlı aidiyyəti qurumların məlumatlı olduğunu vurğulayıb: "Aidiyyəti qurumların xəbəri var. Hətta onlarla birlikdə kanalı təmizləməyə razıyıq. Ərazini kol-kos basdığı üçün buradan keçmək olmur".

Mənbə
oxu.az