Digər

Rusiyada optik-mexanika zavodu bu raketlə vuruldu

26 Sep 2026, 17:57 2 baxış
Rusiyada optik-mexanika zavodu bu raketlə vuruldu

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərinə "Neptun" qanadlı raketlərlə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin 5 istehsalat binasında avadanlıqlar zədələnib.


Qeyd edək ki, Azov Optik-Mexanika Zavodu Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının tərkibinə daxildir. Müəssisə optik-mexaniki və optik-elektron məhsullar, artilleriya, raket və tank əleyhinə silahların komplektləşdirilməsi üçün elektron sistemlər, həmçinin taktiki idarə olunan raketlər üçün radiolokasiya özütuşlama başlıqları istehsal edir.

Mənbə axar.az

Oxşar Xəbərlər