İqtisadiyyat
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
Bakı-Astara marşrutu üzrə sərnişin daşımalarının bərpa ediləcəyi tarix açıqlanıb. Bu barədə Oxu.Az-ın "Oxucu soruşur" verilişində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib. O bildirib ki, artıq həmin istiqamətində dəmir yolu xəttinin bərpasına başlanılıb: "Hazırda Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin təmir-bərpa işləri gedir. 2027-2028-ci illər ərzində dəmir yolunun bərpası başa çatacaq. Növbəti mərhələdə qatar parkının yenilənməsindən sonra Bakı-Astara marşrutu üzrə sərnişin daşımaları bərpa edilə bilər. Hazırda bu xətlə yük daşımaları həyata keçirilir".
Mənbə
oxu.az