Cəmiyyət
Laçında traktor MİNAYA DÜŞDÜ
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayon sakini - 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az