Digər
Daha bir ölkə İranla diplomatik əlaqələri kəsdi
Kolumbiya sentyabrın 19-dan etibarən İranla diplomatik əlaqələrini tamamilə kəsib.
Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu qərar milli və regional təhlükəsizlik məsələləri, həmçinin Tehranın terrorçu və narkoterrorçu qruplaşmalarla ehtimal olunan əlaqələrinə görə verilib. Digər səbəblər İranda insan hüquqlarının pozulması, Yaxın Şərqdəki münaqişədə iştirak etməyən ölkələrə hücumlar, Hörmüz boğazının əngəllənməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehranın nüvə proqramının miqyasını yoxlamasına maneələr yaradılmasıdır”, - məlumatda deyilib.
Mənbə
axar.az