Digər
Taliban yenə hücum etdi – Pakistandan cavab
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə, Gülüstan bölgəsində Talibanın hücumunu dəf edib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Pakistan qüvvələri döyüşdə bir neçə Əfqanıstan yaraqlısını zərərsizləşdirib.
Qeyd edək ki, sentyabrın 23-də Pakistan Əfqanıstan dronlarının ölkənin hava məkanını pozduğunu bildirib və bu hadisəni suverenliyin pozulması, təcavüz aktı adlandırıb. Buna cavab olaraq Pakistan qüvvələri Əfqanıstanda bu PUA-ların buraxılması və saxlanması üçün istifadə edilən 10 obyektə zərbələr endirib.
Hücum zamanı 28 terrorçu məhv edilib.
Kabil isə bu hücumda 3 mülki şəxsin ölümü barədə məlumat yayıb.
Mənbə
axar.az