Cəmiyyət

Yeni Günəşli sakinlərinin avtobus dərdi: Yaşlılar və xəstələr çətin durumda - VİDEO

25 Sep 2026, 13:44 2 baxış
Yeni Günəşli sakinlərinin avtobus dərdi: Yaşlılar və xəstələr çətin durumda - VİDEO
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin Samir Cəfərov küçəsində yaşayan sakinlər ərazidə ictimai nəqliyyatla bağlı çətinlik yaşadıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, 20 və 104 nömrəli marşrut avtobusları onların yaşadığı ərazidən keçmir.

Bu səbəbdən vətəndaşlar avtobusdan istifadə etmək üçün xeyli məsafəni piyada qət etməli olurlar. Ərazidə yaşayanlar bildirirlər ki, bu vəziyyət xüsusilə yaşlı, xəstə və hərəkət etməkdə çətinlik çəkən insanlar üçün ciddi problem yaradır. "Heç olmasa 20 nömrəli avtobusun marşrutunu bu tərəfdən salsınlar. Sürücülər üçün də çətindir. Digər tərəfdən gələndə dar keçiddən keçməli olurlar. Burada yaşlı insanlar da yaşayır. Qışda, yağışda vəziyyət daha pis olur", - deyə sakin Baku TV-yə narazılığını dilə gətirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər