Digər

Tramp Szinpinə bunu hədiyyə etdi

25 Sep 2026, 11:25 2 baxış
Tramp Szinpinə bunu hədiyyə etdi

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Szinpinə ABŞ-ın simvollarından biri olan ağbaş qartal heykəlini hədiyyə edib.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


“Dünyanın ən görkəmli heykəltəraşı tərəfindən hazırlanmış hədiyyəni Çin Xalq Respublikasının sədri Si Szinpinə təqdim etmək mənim üçün böyük şərəfdir. Bu heykəl mənim və Melaniyanın şəxsi iştirakı ilə ərsəyə gəlib”, - deyə Tramp qeyd edib.


ABŞ lideri bildirib ki, qartal ABŞ-ın milli simvoludur:


“Qartal Amerikanın azad və nəcib ruhunu təmsil edir. Ümid edirik ki, Pekində gözəl yer tapacaq”.


Qeyd edək ki, Szinpin ABŞ-a iki nəhəng panda göndəriləcəyini açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər