Cəmiyyət

Dövlət agentliyində YENİ TƏYİNATLAR

24 Sep 2026, 11:30 8 baxış
Dövlət agentliyində YENİ TƏYİNATLAR
Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub. Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb. Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər