Cəmiyyət

Rustov-Xanəgah yolunda sürüşmə oldu - Foto

24 Sep 2026, 11:41 21 baxış
Rustov-Xanəgah yolunda sürüşmə oldu - Foto

Quba rayonunda torpaq sürüşməsi baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Rustov-Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.


Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib. Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.


Qeyd edək ki, sözügedən avtomobil yolu bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər