Cəmiyyət

8 ayda ödənilən pensiyanın məbləği...

24 Sep 2026, 11:46 20 baxış
8 ayda ödənilən pensiyanın məbləği...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.


Axar.az xəbər verir ki bu barədə nazirlik məlumat yayıb.


O cümlədən, 8 ayda


· pensiyalar üzrə 5 milyard 222 milyon manat,


· müavinətlər üzrə 961 milyon manat,


· təqaüdlər üzrə 542 milyon manat,


· ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.


Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.

Mənbə axar.az

Oxşar Xəbərlər